Naftalan şəhəri sanatoriyalarının
onlayn reservasiya sistemi                           

 





(+99450) 572-2000

(+99450) 450-0018

  Online Chat
☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Naftalan Azərbaycan
Naftalan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır.

Naftalan haqqında


REZERVASİYANI İNDİ EDİN!
Otellərin rəsmi qiymətləri
İLKİN ÖDƏNİŞSİZ
KREDİT KARTSIZ
Onlayn dəstək
Daimi qonaqlar üçün endirim
 Transferlər
Bronu necə əldə etmək? 
Rezervasiya
                
CHINAR sanatoriyası
7 gecə rezerv et, üst kateqoriyalı otağa keç! (yalnız 15 yanvar 2025-ci ilə qədər)

Əlaqə

  (+99450) 572-2000 (WhatsApp, VIber)
   (+99450) 570-2000 (WhatsApp, Viber)
   (+99450) 450-0018 (WhatsApp, Viber)
 
   
info@naftalan-booking.com

     Online Chat

      

Naftalan

Naftalan, ümidsiz olduğu güman edilən minlərlə xəstənin sağlamlığına qovuşmasıdır!

Naftalan Azərbaycan torpağının “qara qızıl”la zənginləşdirilmiş nemətidir. Müdriklərin dediyi kimi, bu, “torpağın bizə həyat qüvvəsi verən arterial qanıdır”.


Naftalan Azərbaycan

Naftalan Azərbaycanda dünya əhəmiyyətli unikal müalicəvi kurortdur, şəfaverici naftalan neftinin yeganə yatağı burada yerləşir. Naftalan nefti qədim zamanlardan dayaq-hərəkət sistemi və dəri xəstəlikləri, uroloji, ginekoloji xəstəliklər zamanı güclü müalicəvi vasitə kimi tanınır. Naftalan nefti iltihabı aradan qaldırır, ağrıları azaldır, orqanizmdə qan dövranını və metabolik prosesləri yaxşılaşdırır. “Qara qızıl bulağı şəfa mənbəyidir”– Naftalan kurortlarının devizi belə səslənir.

                                                                                                                                     Daha çox...

Naftalan kurortunun yeri və iqlimi

Naftalan nefti dünyada misilsiz unikal tibbi vasitədir. Naftalan özünəməxsus qoxusu olan qara-qəhvəyi rəngli qatı mayedir. Naftalan neftinin əsas təsiredici maddəsi ağrıkəsici, iltihab əleyhinə, damargenəldici, antiallergik xüsusiyyətləri olan, həmçinin trofik funksiyaların və metabolik proseslərin intensivliyini aktivləşdirən, spermatogenez proseslərini stimullaşdıran, ovulyasiya və ovogenez proseslərini sürətləndirən naften karbohidrogenləridir (bu müalicəvi təsirlər bir çox fermentlərin, hormonların və digər fizioloji aktiv maddələrin də tərkibində olan siklopentan-pernidrofenantren ilə əlaqədardır). Bütün bu xüsusiyyətləri sayəsində təbabətin bir çox sahələrində naftalan terapiyası əvəzedilməz müalicə üsulu kimi tanınır.
                                                                                                                  Daha çox...

Naftalanın müalicəsi

Naftalan nefti dünyada misilsiz unikal tibbi vasitədir. Naftalan özünəməxsus qoxusu olan qara-qəhvəyi rəngli qatı mayedir. Naftalan neftinin əsas təsiredici maddəsi ağrıkəsici, iltihab əleyhinə, damargenəldici, antiallergik xüsusiyyətləri olan, həmçinin trofik funksiyaların və metabolik proseslərin intensivliyini aktivləşdirən, spermatogenez proseslərini stimullaşdıran, ovulyasiya və ovogenez proseslərini sürətləndirən naften karbohidrogenləridir (bu müalicəvi təsirlər bir çox fermentlərin, hormonların və digər fizioloji aktiv maddələrin də tərkibində olan siklopentan-pernidrofenantren ilə əlaqədardır). Bütün bu xüsusiyyətləri sayəsində təbabətin bir çox sahələrində naftalan terapiyası əvəzedilməz müalicə üsulu kimi tanınır. 
                                                                                                                                   Daha çox...

Naftalan kurortunun tarixi

Naftalan kurortunun tarixi 1873-cü ildən, naftalan neftinin dayaz quyulardan əl ilə çıxarıldığı vaxtdan başlayır. “Yerin qatı qanı” – naftalan nefti belə adlanır. Naftalanın müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və istifadəsinə başlanılmasından 100 ildən çox vaxt keçib. Onun müxtəlif xəstəliklərdə effektivliyi 1600-dən çox elmi işin və monoqrafiyanın nəticələri ilə təsdiq edilmişdir.
                                                                                                                                     Daha çox...

Legend of Naftalan

It was in ancient times, at the beginning of the 6th century AD. The caravan of merchants passed by the town , where now is the city naphthalene . In these places there were many lakes of muddy water. To prevent damage to the camels, drove them from the water .


In a camel caravan was different from his other fellow thinness and disease . He did not stand on his feet and was moaning so loudly that infuriated his master. So much so, that the caravan -bashi ordered the dismissal of a sick animal from the caravan : " It is better to die poisoned by toxic water local lakes , than to live with the painful disease . "
                                                                                                                                      Daha çox...
.

Naftalan Kurortu bu gün

Bu gün Azərbaycan mədəni irsinin ayrılmaz hissəsinə çevrilmiş Naftalan kurortu yeni dirçəliş dövrünü yaşayır. İndi Naftalanın sovet dövründə kurort birliyinin tərkibinə daxil olan bir neçə müalicə-sağlamlıq mərkəzində qatrandan təmizlənmiş naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə müalicənin ən son üsullarından termal və ultrabənövşəyi şüalanma ilə birlikdə kompleks şəkildə istifadə olunur.

Sanatoriyalarda (həm özəl, həm də həmkarlar ittifaqlarına məxsus) hərtərəfli müayinədən sonra fərdi şəkildə seçilən və təyin olunan prosedurların geniş spektri mövcuddur. Kurortlarda müasir funksional diaqnostika kabinetləri, klinik-diaqnostik və biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.

Hazırda Naftalan kurortunda maksimal komfort şəraitdə 70-dən çox xəstəliyin müalicəsi təmin edilir. Naftalanın sanatoriyaları bütün ölkələrdən ilboyu müalicə üçün xəstələr qəbul edir. İxtisaslaşmış, təcrübəli və xoş münasibətli komanda əsas məqsədə - insan sağlamlığına nail olmaq üçün bütün səylərini əsirgəmir.

Saytımızda siz Azərbaycanın Naftalan şəhərinin sanatoriyalarında ani bron edə bilərsiniz. Naftalan-booking.com qeyd etdiyiniz tarixlər üçün Sizə bütün mümkün yerləşmə variantlarını təklif edəcək, turunuzun qiymətini hesablayacaq və seçdiyiniz otağı bron edəcəkdir. Rezervasiyanın təsdiqi dərhal Sizin elektron poçtunuza göndəriləcəkdir.

Naftalana xoş gəlmisiniz!


  Naftalan müalicəsi     Sanatoriyalarda qiymətlər                                                                      REZERVASİYANI EDİN!!