Naftalan şəhəri sanatoriyalarının
onlayn reservasiya sistemi                           

 





(+99450) 572-2000

(+99450) 450-0018

  Online Chat
☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Naftalan Azərbaycan
Naftalan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır.

Naftalan haqqında


REZERVASİYANI İNDİ EDİN!
Otellərin rəsmi qiymətləri
İLKİN ÖDƏNİŞSİZ
KREDİT KARTSIZ
Onlayn dəstək
Daimi qonaqlar üçün endirim
 Transferlər
Bronu necə əldə etmək? 
Rezervasiya
                
CHINAR sanatoriyası
7 gecə rezerv et, üst kateqoriyalı otağa keç! (yalnız 15 yanvar 2025-ci ilə qədər)

Əlaqə

  (+99450) 572-2000 (WhatsApp, VIber)
   (+99450) 570-2000 (WhatsApp, Viber)
   (+99450) 450-0018 (WhatsApp, Viber)
 
   
info@naftalan-booking.com

     Online Chat

      

Naftalan kurortu



Naftalan Azərbaycan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”- Naftalan müalicə ocaqlarının şüarı belə səslənir.

Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.

Naftalan kurortunun tarixçəsi öz başlanğıcını 1873-cü ildən, naftalanın dayaz quyulardan əllə çıxarıldığı vaxtdan götürür. Naftalan “Yerin qatı qanı” adlandırılır. Naftalanın müalicəvi xüsusiyyətlərinin öyrənilməsindən və ondan istifadəyə başlanılmasından 100 ildən artıq müddət keçib. Müxtəlif xəstəliklər zamanı onun effektivliyi 1600-dən artıq elmi işin və monoqrafiyaların nəticələri ilə təsdiq edilib.

1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurdular. Sovet dövründə Naftalan kurortu partiya elitasının ən sevimli istirahət yeri idi.

Hal-hazırda Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan kurortu yeni dirçəliş mərhələsini yaşayır.  Hazırda Naftalanın, sovet dövründə kurort birliyinin tərkibinə daxil olan bir neçə sanatoriyasında istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalar (həm özəl, hə də həmkərlar ittifaqının nəzdində olan) bir çox prosedura növlərinə sahibdirlər və xəstələrə lazım olan proseduralar, uzun sürən ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir. Sanatoriyalarda müasir funksional diaqonostika kabinetləri, klinik diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir.

Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv ən vacib məqsədə, İnsan sağlamlığına nail olmaq üçün bütün qüvvəsini sərf edir.

NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir.



"ÇİNAR" SANATORİYASI ("CHINAR HOTEL & SPA NAFTALAN")

   


Çinar sanatoriyası hələ SSRİ dövründə şöhrət qazanmışdır. Hal-hazırda bura müasir otel kompleksidir. Təmiz havaya və ideal ekologiyaya sahib OLAN bu gözəl yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür. Burada Sizə naftalan neftinin köməyi ilə bir çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir.

  Foto və təsvir       Yerləşdirmə variantları və qiymətlər                          REZERVASİYA


"QAŞALTI" SANATORİYASI ("NAFTALAN HOTEL BY RIXOS")

       “QAŞALTI” (“NAFTALAN HOTEL By Rixos”) sanatoriyası öz qonaqlarına yüksək səviyyəli xidmət və Avropa servisi ilə yanaşı, həm də unikal naftalan nefti ilə müalicə üzrə geniş proqram təklif edir. Kompleks Naftalanın son dərəcə gözəl təbiətinin tam ürəyində, xüsusi Naftalan sanatoriya zonasında yerləşir. Sanatoriya öz mövcudluğuna görə Azərbaycanda turizm və sanatoriya fəaliyyətinin inkişafı üzrə Dövlət proqramına borcludur.

  Foto və təsvir      Yerləşdirmə variantları və qiymətlər                       REZERVASİYA


"NAFTALAN" SANATORİYASI ("NAFTALAN HOTEL BY RIXOS")

      
Naftalan sanatoriyası müalicəvi-sağlamlaşdırma mərkəzidir və burada əlavə fizioterapiya proseduraları və müalicə idmanı ilə kompleks şəklində unikal naftalan neftindən istifadə olunmaqla müalicə aparılır. Naftalan sanatoriyası 2005-ci ilin may ayında açılmışdır. Bu Azərbaycanın Naftalan kurortunda açılmış olan ilk özəl müalicə müəssisəsidir. Burada bütün qonaqlar ilk əvvəl hərtərəfli müayinədən keçirilir və ancaq bundan sonra həkim onlara fərdi olaraq proseduralar kompleksi təyin edir.

   Foto və təsvir       Yerləşdirmə variantları və qiymətlər                       REZERVASİYA


"SEHRLİ NAFTALAN" SANATORİYASI

       Naftalan şəhərinin ərazisində “SEHRLİ NAFTALAN” sanatoriya yerləşir ve bu sanatoriyada eyni vaxtda 350-yə qədər qonaq öz sağlamlığını bərpa edə bilər. “SEHRLİ NAFTALAN” sanatoriyası abad səliqəli ərazi ilə əhatə olunub və öz qonaqlarına sağlamlaşma üçün tam dəyərli kompleks xidmətlər təklif edir.

  Foto və təsvir      Yerləşdirmə variantları və qiymətlər                       REZERVASİYA


"MÖCÜZƏLİ NAFTALAN" SANATORİYASI

       "MÖCÜZƏLİ NAFTALAN" sanatoriyada qonaqlar ilk olaraq mütləq şəkildə hərtərəfli tam müayinədən keçirlər. Adətən sanatoriyada müalicə müddəti 15 gün təşkil edir. Mütəxəssislər qonaqlara çox zaman, fərdi diaqnozdan irəli gələrək müalicəvi naftalan vannaları və yod-brom vanalları təyin edirlər. Burada Siz komfortlu rahat istirahət üçün lazım olan hər şey tapacaqsız.

  Foto və təsvir      Yerləşdirmə variantları və qiymətlər                          REZERVASİYA